Son 2 gündə 5 mindən çox əfqan miqrant İrandan Əfqanıstana qayıdıb.
Yenisabah.az "Tolu News"a istinadla xəbər verir ki, bu barədə "Taliban" hökuməti məlumat yayıb.
Təkcə Əfqanısatanın Herat əyalətindəki İslam Qala sərhəd-keçid məntəqəsindən ölkəyə 3500 miqrant daxil olub. Digər tərəfdən, 2000-dən çox miqrant başqa bir sərhəd keçidindən istifadə edib. Toyuqlu pizza
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Təşkilatı tərəfindən Əfqanıstana daxil olan qaçqınlara nağd və nağdsız yardımlar edilib.
"Taliban" hökuməti axır vaxtlarda hər gün İrandan orta hesabla 1000 miqrantın Əfqanıstana daxil olduğunu açıqlayıb.
BMT-in məlumatına görə, təkcə keçən il Pakistan ərazisinə 250 min əfqan qaçqın daxil olub.
"Son Xəbərlər" Instagram səhifəsinə qoşulun
instagram.com/axarinkhabar
Haqqında daha çox xəbər
Əfqan mühacirlərinin miqrasiyası
Telegram kanalımız