Əfv Komissiyasının iclasları yekunlaşır

saytların hazırlanması

Evə çatdırılma

Əfv Komissiyasının iclasları yekunlaşır

Sosial

18 May 2024 13:49 579


Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq.

Yenisabah.az "Report"a istinadla xəbər verir ki, bu barədə Komissiyanın üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid məlumat yayıb.

O bildirib ki, Komissiyasının bu il indiyədək 5 iclası keçirilib: "Növbəti iclas isə mayın 22-nə təyin olunub. Həmin iclasdan sonra daha bir toplantının da keçirilməsinə ehtiyac ola bilər". Pepperoni pizza

R.Məcid qeyd edib ki, ötən müddətdə Komissiyaya ümumilikdə 5 minə yaxın müraciət daxil olub: "Qaydalara uyğun olan müraciətlərin sayı isə təxminən 500-ə yaxın idi. Hər iclasda təxminən 100 müraciətə baxılır, səsvermədən sonra qərar qəbul olunur".

Onun sözlərinə görə, əfv müraciətlərinin sırasında ağır cinayətlərdən tutmuş, ehtiyatsızlıqdan törədilən cinayətlərə qədər var: "Bütün müraciətlərə, o cümlədən əcnəbilərin və qadınların əfv üçün müraciətlərinə baxılır, hər biri ətrafında geniş müzakirələr aparılır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!