26 May - 13:17
Əhməd İsmayılov Cahangir Məmmədli ilə görüşdü

Əhməd İsmayılov Cahangir Məmmədli ilə görüşdü

Digər

27 Yan 2022 15:56


Yanvarın 27-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli ilə görüş keçirilib.

Yenisabah.az xəbər  verir ki, professor Agentliyin ölkə mediasının inkişafına yönələn fəaliyyətini, “Media haqqında qanun”un geniş ictimai müzakirələrini yaxından izlədiyini bildirib. O, artıq parlamentin müzakirələrindən keçmiş qanun layihəsinin ölkə mediasının həyatında yeni keyfiyyət mərhələsinin əsasını qoyacağını vurğulayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu il gerçəkləşdiriləcək yeni layihələr və “Media haqqında qanun”dan irəli gələn məslələr barədə ətraflı bəhs edib.

Görüşün sonunda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 80 illik yubileyi münasibəti ilə professor Cahangir Məmmədlini təbrik edib. 


Youtube kanalımız


Digər xəbərlər