Əkizlər üçün mübahisəli obrazı yaradanlar danışdı

saytların hazırlanması

Evə çatdırılma

Əkizlər üçün mübahisəli obrazı yaradanlar danışdı

Şou

08 May 2023 12:49 946


Tural və Turan Bağmanovların “Avroviziya”nın açılış mərasimindəki obrazı tənqidlərə məruz qalıb. 

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, əkizlərin saç düzümü, geyimi  dünəndən sosial şəbəkələrin gündəmini zəbt edib. TuralTuranX qrupu linç, hətta ağır təhqirlərə məruz qalıb.

Hazırda Liverpulda olan stilist Fuad Hacıyevdən açıqlama almaq mümkün olmayıb. pizza sifarişi

Sənətçilərin staylinqi ilə məşğul olan digər dəb məsləhətçisi Niko Lab isə mövzu barədə bunları deyib:

“Düzü, tənqidlərdən xəbərim yoxdur. Bütün Avropa ölkəmizi təmsil edən gəncləri çox sevir və dəstəkləyir. Düşünürəm ki, onlardan yaxşı bizi təmsil edən yoxdur. Biz komanda olaraq, açılış mərasimindəki geyimlər üçün əziyyət çəkmişik. Geyimlər rəngarəngdir və kifayət qədər bəyənilib. Tural və Turan məhz stilləri ilə dünyaya səs salıblar. Hamı bəyənib, bizimkilər bəyənməyibsə, nə deyim? 

Biz firuzəyi xalıda istifadə olunan obraz üçün “The Beatles” qrupundan ilhamlanmışıq. Yəni, bu xalı onların şərəfinə təşkil edilib. Təmsilçilərimizin geyindiyi isə sözügedən qrupun “look”larından biridir. Azərbaycanlıların bəyənmədiyi nədir? Anlamıram. Bəlkə saç düzümlərini bəyənməyiblər. Hamısının üzərində zəhmətimiz var. Zəhmətimizi belə dəyərləndirməyin”.

Tural və Turanın firuzəyi xalçadakı paltarların müəllifi Aysel Sadıqova isə məsələ barədə danışmaq istəməyib.

Azərbaycan nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova da Tural və Turan qardaşlarının tənqid olunmasına münasibət bildirib.

Mətbuat katibinin Report-a dediyi sözlərinə görə, bu il Azərbaycanın "Avroviziya"dakı tərzi barədə hamı müsbət danışır: 

“Geyim fərqlidir, bizim auditoriyanın öyrəşmədiyi bir geyimdir. Təmsilçilərimiz müsabiqənin əsas hissəsinə fərqli retro geyimində çıxacaqlar. Yəni həmin geyim sadəcə xalı üçün idi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!