“Ekranı mavilər bürüyüb” - Xalq artisti od püskürdü 

saytların hazırlanması

Evə çatdırılma

“Ekranı mavilər bürüyüb” - Xalq artisti od püskürdü 

Şou

09 Aprel 2024 10:28 29732


"Əsəbindən oturub sakit efirə baxa bilmirsən. Mavi ekran mistik bir qüvvənin tilsiminə düşüb daha da maviləşir, hec bir jurnalistika təhsili olmayan, özünü teatrşünas, sənətşünas daha nə bilim zadşünas kimi sırıyanların, özlərinin namusu olmayıb millətə namus dərsi keçənlərin əlində qalıb".

Yenisabah.az xəbər verir ki, bu fikirləri Lent.az-a Xalq artisti Naibə Allahverdiyeva səsləndirib.

O ad çəkmədən bəzi aparıcıların hədlərini aşdığını söyləyib. pizza sifarişi

"Çıxır efirdən onu-bunu hədələyir, şantaj edir. Aktrisalara sataşır. Deyir qoca yaşında gənc qadını oynamaq istəyir. Bu teatr üçün ayıb deyil, böyük sənətkarın buna gücü, potensialı yol verirsə niyə də olmasın. Aktrisanın hansısa rolu oynamaq istəməsi ayıb deyil, bu onun sənətidir, kişi olub özünü arvad kimi aparmaq, ev yıxmaq, ara qarışdırmaq, başqalarının çörəyi ilə oynamaq ayıbdır. Özlərini efirdən millətin gözünə mələk kimi soxmağa çalışırlar, biz kimin nə olduğunu çox gözəl bilirik, keçmişləri də  göz qabağında olub. Kasıblara makaron, 1-2 kilo ət paylayıb özünü gözə soxan "moşennik" indi bəyəm müqəddəs olub ki, özünü böyük-böyük sənətkarlara  söz demyə haqlı hesab edir? Sənin nə haqqın var kimisə təhqir edəsən, onun haqqında ağzına gələni danışasan? Aparıcılıq etmək sənə kimisə təhqir etmək üçün tapşırılmayıb. Kimdir bunların arxasında duranlar? Siz bu gün kimlərinsə hesabına bahalı maşında gəzə, ev- eşik sahibi ola bilərsiniz, amma tarixin yaddaşında "paparoza " kimi qalacaqsınız. Belələrini efirdən qovmaq lazımdır",- deyə o bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Riko
    Mavi ekranı verdik mavilərə.evden qacan ərinə kusen elə bil xoşu dede evidi qacır tv. Respublika yaman gundedi.
    2 years ago
  • Əfqan Qazi
    Vallah düz deyir Naibə xanım özü boşanıb ekrana çıxıb guya ailə düzəldir sən bir öz ailəni qur ailə qədirin bil sonra kiməsə irad tuta bilərsən. Naibə xanım böyük sənətkardı. Ekranlara Şəhid ailələrini Qazi ailələrini Hərbiçi ailələrini çağırın gələcək nəsilə Vətənpərvərlik hissi aşılayın yoxsa çıxıb boşboş it otu bağa yarpağı danışmayın. Kiminsə ailə işinə qarışmayın.
    2 years ago
  • Doktor
    Əhsən!
    2 years ago
  • Kəndçi
    And içməyə nə ehtiyac var.
    2 years ago
  • Müəllim
    Lap ürəyimizdən tikan çıxardı bu sözlər
    2 years ago
  • sedi
    vallah düz deyir. efir bu deqiqr tolik kimi gey üzdeniraxlarin əlindədi
    2 years ago