Eks-prezident dərman bitkiləri haqqında kitabın 14-cü cildini yazıb

saytların hazırlanması

Evə çatdırılma

Eks-prezident dərman bitkiləri haqqında kitabın 14-cü cildini yazıb

Dünya

11 Oktyabr 2022 13:37 817


Türkmənistan parlamentinin yuxarı palatasının rəhbəri, keçmiş prezident Qurbanqulu Berdiməhəmmədov “Türkmənistanın dərman bitkiləri” kitabının 14-cü cildini yazıb.

Yenisabah.az "Neytral Türkmənistan"a istinadla xəbər verir ki, o, kitabı Səhiyyə və Tibb Sənayesi İşçilərinin Milli Günü ərəfəsində bitirib.

Hökumətin iclasında dövlət başçısı Serdar Berdiməhəmmədov Nazirlər Kabinetinin bütün üzvlərinə kitabın bir nüsxəsinin veriləcəyini bildirib. pizza hut

Türkmənistan Xarici İşlər Nazirliyi tərəfindən açılan Qurbanqulu Berdiməhəmmədovun əsərlərinin elektron kitabxanasına əsasən, siyasətçi müxtəlif mövzularda 70-dən çox kitab yazıb.

Bu yaxınlarda ata-Berdıməhəmmədov qonorarı ilə yeni məscidin tikinti meydançasında bayram süfrəsi təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!