29 Sentyabr - 23:54
Ekspert Təhsil Nazirliyinin ləğv olunmasını təklif etdi

Ekspert Təhsil Nazirliyinin ləğv olunmasını təklif etdi

Sosial

25 Yanvar 2019 19:37 1109


“Misir Mərdanov təhsil naziri olanda təhsil sistemində qapıçı olmağa belə layiq olmayanlar, bu gün söz sahibi olub”. 

“Yeni Sabah” xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında qeyd edib:

“İndi deyəcəklər ki, o vaxtı rüşvət var idi, o idi, bu idi....O vaxt nazirliyin hansısa əməkdaşına problemini, sıxıntını deyirdin, məmur səni dinləyib kömək edirdi. İndi isə...Nə dərdini deməyə adam tapırsan, nə də düzgün xidmət göstərən adam..İldə 2 milyarddan çox büdcə havaya sovrulur”.

Kamran Əsədovun sözlərinə görə, Təhsil Nazirliyi ləğv olunmalı və bütün səlahiyyətlər Dövlət İmtahan Mərkəzinə verilməlidir:

“Nazirlik hazırda təhsilin inkişafına kömək etmir, ancaq maneələr yaradır. 

Mən 2009-cu ildə mərkəzləşmiş qaydada imtahan verib ən yüksək nəticə ilə müəllim olmuşam. Heç kim məndən 1 manat belə istəməyib”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!