Tanınmış aktyor Elcan Rəsulov sosial şəbəkələrdə yardım toplayanları sərt şəkildə qınayıb.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu haqda paylaşım edən aktyor bunun düzgün olmadığını yazıb:
"Ay qardaş, ay xanım, sən "dvijeniya" eləyib özünə xal toplayacaqsan, hörmət yığacaqsan, ad qazanacaqsan deyə niyə kartına pul atmalıyam? Xeyriyyəçi olmaq istəyirsən, get işlə, əziyyətlə 5 manat da artıq qazan. Onu da ehtiyacı olan birinə ver. Hərçənd ki, o ehtiyacı olmaq məsələsinə də vaxt edib toxunacam. Hərə öz ətrafında imkansızların dadına çatsa, heç bu xeyriyyəçiləri rayon-rayon qaçırtmağa ehtiyac da qalmaz. Nə isə... Yenə pis adam olacam. Olum da. Onsuz da kim nə istəyir, onu fikirləşir". pizza hut
Telegram kanalımız