Elcan və Kəmalə yenidən bir arada

saytların hazırlanması

Evə çatdırılma

Elcan və Kəmalə yenidən bir arada

Şou

12 Avqust 2026 14:11 85


Bir zamanlar böyük tamaşaçı auditoriyası qazanan "1 Kişi 1 Qadın" serialı yeni televiziya mövsümündə mavi ekranlara qayıdır.

"Yeni Sabah" xəbər verir ki, SKNDL MAG-a istinadla xəbər verir ki, layihə ATV kanalında yayımlanacaq və tamaşaçıların illər əvvəl sevdiyi format qorunub saxlanılacaq.

Serialın əsas simaları Elcan Rəsulov və Kəmalə Piriyeva yenidən baş rollarda yer alacaqlar. Marqarita pizza

2016-cı ildə Azərbaycanda yayımlanmağa başlayan "1 Kişi 1 Qadın" qadın və kişi münasibətlərini yumoristik, ironik və səmimi dillə təqdim etməsi ilə qısa zamanda populyarlıq qazanmışdı.

Layihə beynəlxalq "Love Bugs" formatına əsaslanır. Azərbaycan versiyası isə Fransada "Un gars, une fille" adı ilə məşhurlaşan adaptasiyaya istinadən hazırlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!