Elçin Şıxlı Mətbuat Şurası haqqında:   “Özü özünü buraxsın“

saytların hazırlanması

Evə çatdırılma

Elçin Şıxlı Mətbuat Şurası haqqında: “Özü özünü buraxsın“

Sosial

15 Yanvar 2021 13:45 1423


Prezident İlham Əliyevin imzaladığı Fərmana uyğun olaraq KİVDF-nin bazasında Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldıqdan sonra sosial şəbəkələrdə Mətbuat Şurasının ləğv edilməsi ilə bağlı fikirlər səslənməkdədir. İddia edilir ki, Şuranın öhdəliyində olan işlər də MEDİA-ya həvalə olunacaq.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, Mətbuat Şurasının ləğv olunması üçün qurultay çağrılmalıdır:

“Mətbuat Şurası ilə Medianın İnkişafı Agentliyi fərqli qurumlardır. Bu fərmanla Mətbuat Şurasının taleyi həll olunmur, axı dövlət strukturu deyil. Onun ləğv olunub-olunması jurnalistlərdən-Şuranın üzvlərindən asılıdır. Bəyənmirlərsə, qurultayı çağırıb ləğv olunmasını istəyirlər, bununla da məsələ öz həllini tapır. Çünki əgər onlar yaradıbsa, onlar ləğv edə bilər, başqa cür mümkün deyil. Özü özünü buraxsın. Amma bundan sonra Mətbuat Şurasına ehtiyacın olub-olmayacağı başqa məsələdir. Əgər onun funksiyalarını Agentliyin yerinə yetirəcəyi təsdiq olunacaqsa, bu barədə düşünmək olar. Hələ “Media haqqında” Qanun çıxmalıdır”. Dominos pizza

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!