Eldar Əzizov Suraxanıya getdi – Töhmət verdiyi icra başçısıyla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Eldar Əzizov Suraxanıya getdi – Töhmət verdiyi icra başçısıyla görüşdü

Siyasət

22 Mart 2026 15:16 1081


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Suraxanı Rayon İcra Hakimiyyətində olub.

"Yeni Sabah" bakupost.az-a istinadla xəbər verir ki, o, rayon icra başçısı, keçmiş vitse-spiker Adil Əliyev, onun müavinləri, şöbə müdirləri və digər məsul şəxslərlə görüş keçirib.

Görüş zamanı rayon üzrə görülən abadlıq-quruculuq işləri, həyata keçirilən layihələr və mövcud problemlər müzakirə olunub. Eldar Əzizov görülən işlərlə maraqlanıb, müvafiq tapşırıqlar verib və öz tövsiyələrini bildirib. Toyuqlu pizza

Bakı meri Adil Əliyevlə münasibətlərinin yaxşı olduğunu qeyd edib, onun fəaliyyətini yaxından izlədiyini vurğulayıb.

Qeyd edək ki, bu ilin fevral ayında Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında təsərrüfat məsələlərinin vəziyyətini kəskin tənqid etmişdi. O, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını bildirmişdi. Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan olunmuşdu.

Şəhər rəhbəri rayon icra başçılarına yerlərdə vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlərin görülməsini tələb etmişdi.

Adil Əliyevin töhmət alması həmin dövrdə ciddi müzakirələrə səbəb olmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!