Elgiz Xoşqədəmlə efirə çıxmaqdan imtina etdi   - İddia

saytların hazırlanması

Evə çatdırılma

Elgiz Xoşqədəmlə efirə çıxmaqdan imtina etdi - İddia

Şou

26 Avqust 2021 11:55 4306


Aparıcı Xoşqədəm Hidayətqızı "Xəzər TV" ilə yollarını ayırıb. 

Yenisabah.az xəbər verir ki, o, işdən çıxdıqdan sonra onun "Səni axtarıram" layihəsinin üzvləri də kanaldan ayrılıblar.

Xoşqədəm Hidayətqızının hansı kanalda çalışacağı ilə bağlı bir neçə gündür müzakirələr gedir. Sezar pizza

Onun ARB TV ilə işbirliyinə başlayacağı deyilsə də, kanal rəsmi açıqlama yayaraq belə bir fikrin olmadığını açıqlayıb.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, teleaparıcıya ARB telekanalında həmkarı Elgiz Əkbərlə çalışmaq təklif olunsa da, Elgiz buna razılıq verməyib. 

Hazırda Hidayətqızının hansı telekanalda çalışacağı ilə bağlı məlumat yoxdur.

Xatırladaq ki, 2015-ci ildə də Elgiz Əkbər Xoşqədəm Hidayətqızı ilə birlikdə təqdim etdiyi “Sən tək deyilsən” verilişindən imtina etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!