Əli Kərimlinin mühafizəçisinə 30 sutka verildi
11 Sen 2019 13:07
202

Əli Kərimlinin mühafizəçisinə 30 sutka verildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirliyə 30 sutka inzibati həbs cəzası verilib.

“Yeni Sabah” xəbər verir ki, qərarı Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərov çıxarıb. 

Ruslan Əmirli İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddələri ilə ittiham olunub. 

Xatırladaq ki, Ruslan Əmirli dünən Yasamal polisləri tərəfindən saxlanılıb.

Oxşar xəbərlər