Əliyev: Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir

saytların hazırlanması

Evə çatdırılma

Əliyev: Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir

Siyasət

13 İyul 2026 09:55 84


Azərbaycan birtərəfli qaydada Ermənistana tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini aradan qaldırıb.

"Yeni Sabah" xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

Dövlət başçısı qeyd edib ki, Rusiyadan, Qazaxıstandan və digər ölkələrdən Ermənistana 40 mindən çox ton müxtəlif yük Azərbaycan ərazisindən daşınıb. pizza mizza

“Bundan əlavə, Azərbaycan özü də Ermənistana neft məhsulları ixrac etməyə başlayıb. Səhv etmirəmsə, bu günədək 10 mindən çox ton neft məhsulu tədarük olunub. Xüsusilə də bir çox ölkələrin yanacaq çatışmazlığı ilə üzləşdiyi indiki şəraitdə Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır. Əgər bu olmasaydı, yəqin ki, Ermənistan bu gün benzin və dizeli dünyanın müxtəlif yerlərində axtarmağa məcbur qalardı”, - Prezident İlham Əliyev vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!