“Əliyev İrəvan bizimdir deyəndə nağıl danışmır” – Erməni polkovnik

saytların hazırlanması

Evə çatdırılma

“Əliyev İrəvan bizimdir deyəndə nağıl danışmır” – Erməni polkovnik

Siyasət

29 Avqust 2023 10:24 1538


“Əliyev İrəvan bizimdir deyəndə nağıl danışmır. O adam öz ordusunda motivasiya yaradır, çünki fəth edən əsgərin motivasiyası başqadır, ölənə qədər də döyüşə bilər”.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri müsahibəsində Ermənistan ordusunun ehtiyatda olan polkovniki Hayk Nahapetyan deyib.

“Əliyev Ermənistanın Azərbaycanın bir parçası olduğunu deyəndə öz ordusunun döyüş ruhunu yüksəldir, onları ölkəmizi fəth etməyə həvəsləndirir. Çünki azərbaycanlılar itirdiklərini geri qaytaracaqlarına inanırlar.

Türklər yüksək motivasiya ilə buraya gələcəklər. Onlar buranı ələ keçirmək üçün qurban verməyə, canı bahasına döyüşməyə hazırdır”, – polkovnik söyləyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!