“Əliyev və Paşinyanla sıx təmasdayam, gün ərzində bir neçə dəfə telefonla danışırıq” - Putin
22 Okt 2020 21:36
741

“Əliyev və Paşinyanla sıx təmasdayam, gün ərzində bir neçə dəfə telefonla danışırıq” - Putin

“Azərbaycan və Ermənistan rəhbərləri ilə sıx təmasdayam. Gün ərzində bir neçə dəfə onlarla telefonda danışıram”.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun iclasında çıxışı zamanı deyib.

“Bizim Xarici İşlər, Müdafiə nazirlərimiz, xüsusi xidmət orqanları rəhbərlərimiz daimi əlaqədədir”, - deyə president bildirib.

Putin qeyd edib ki, Rusiya hər iki tərəfin etimadından istifadə etməklə bu münaqişənin həllində, mövqelərin yaxınlaşdırılmasında vasitəçi kimi əhəmiyyətli rol oynaya biləcək bir mövqe tutur:

“Bu kompromisin tapılmasını çox istərdim”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər