Əliyevin büstünü zədələdiyinə görə Ermənistan vətəndaşı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Əliyevin büstünü zədələdiyinə görə Ermənistan vətəndaşı saxlanıldı

Siyasət

30 Sentyabr 2026 16:28 117


Tbilisidə Ümummilli Lider Heydər Əliyevin büstü zədələnib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Sentyabrın 21-də baş verən hadisə ilə bağlı xarici ölkə vətəndaşı saxlanılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi üzrə araşdırma aparılır. Bu maddə özgə əmlakının mühüm zərər vurmaqla qəsdən zədələnməsi və ya məhv edilməsini nəzərdə tutur. Sezar pizza

Saxlanılan şəxsin Ermənistan vətəndaşı olduğunu vəkili təsdiqləyib. Onun sözlərinə görə, 40 yaşdan yuxarı olan şəxs Tbilisiyə turist kimi gəlib və hazırda susmaq hüququndan istifadə edir. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Büst restavrasiya məqsədilə örtülüb. Abidənin üz hissəsinin bir hissəsi zədələnib. Hadisənin hansı vasitə ilə törədildiyi və motivi hələlik açıqlanmayıb.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, hadisə ilə bağlı Gürcüstanın aidiyyəti qurumlarında istintaq və prosessual tədbirlər davam etdirilir və istintaqın nəticələrini gözləmək lazımdır.

Xatırlatma: Tbilisidəki Heydər Əliyev büstü tarixi Abanotubani rayonundakı ("Avlabari" metro stansiyasının yaxınlığında) Heydər Əliyev bağında yerləşir. Bağın təməli 2004-cü ilin iyun ayında qoyulmuş və təmir olunmuş abidənin açılışı 12 may 2007-ci ildə ölkə rəhbərlərinin iştirakı ilə baş tutub. Onun müəllifləri heykəltəraş N.Əliyev və memar F.Axundovdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!