Elnarə ATV-də aparıcılığa başlayır

saytların hazırlanması

Evə çatdırılma

Elnarə ATV-də aparıcılığa başlayır

Şou

01 Sentyabr 2022 16:22 1098


Müğənni Elnarə Xəlilova yeni mövsümdə aparıcı kimi tamaşaçıların qarşısına çıxacaq.

Yenisabah.az axşam-a istinadla xəbər verir ki, sənətçi ATV telekanalı ilə işbirliyinə başlayıb. Xəlilova maqazin proqramına aparıcılıq edəcək. Hətta verilişinin adının "Onlar" olacağı iddia edilib. Proqram oktyabrdan efirə gedəcək.

Qeyd edək ki, bu, E.Xəlilovanın ilk aparıcılığı deyil. Bundan əvvəl də o, bir neçə dəfə veriliş aparıb. Toyuqlu pizza

Xatırladaq ki, ATV-də maqazin verilişlərini bundan əvvəl Afaq Gəncəli və Günay Firudinqızı aparıb. Daha sonra G.Firudinqızının "ATV maqazin"i yayımını dayandırdı. Afaq isə bir neçə il "Onlar"la efirə çıxdı. Ötən ildən isə Afaq fəaliyyətini Xəzər TV-də davam etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!