Elon Maskdan İran nazirinə mesaj: “Onu işə götürəcəyəm”

saytların hazırlanması

Evə çatdırılma

Elon Maskdan İran nazirinə mesaj: “Onu işə götürəcəyəm”

Dünya

21 Oktyabr 2022 07:36 859


İranın Rabitə Nazirliyinin ölkədə interneti kəsməsinin ardından Təbrizdəki durum hərbi vəziyyəti xatırladır, amma buna baxmayaraq etiraz aksiyaları davam edir.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, bununla bağlı Elon Mask “Twitter” hesabında İranın Rabitə Nazirliyi ilə bağlı sarkazmla paylaşım edib: pizza hut

“Son günlər eşidirəm ki, İranın rabitə naziri İsa Zarepur var gücü ilə İran xalqını “Starlink”in daimi abunəçisi olmağa məcbur edir. Gözəl xəbərdir. Mən mümkün olduqca tez bir zamanda onu “Starlink”in marketinq departamentinə baş direktor vəzifəsinə işə götürəcəyəm. Afərin sənə, İsa! Beləcə davam et!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!