Elşad Qarayev Ağadadaş Ağayevi duelə çağırdı 

saytların hazırlanması

Evə çatdırılma

Elşad Qarayev Ağadadaş Ağayevi duelə çağırdı 

Şou

29 Mart 2024 11:51 698


Müğənni Elşad Qarayev onun ifasını tənqid edən Xalq artisti Ağadadaş Ağayevi duelə çağırıb. 

Axşam.az xəbər verir ki, ifaçı bu haqda "Rəngarəng səhər" proqramında deyib. O bildirib ki, A.Ağayevi duelə çağırır: 

"Ağadadaş Ağayevi duelə çağırıram. Gözləyirəm... Öz mahnılarıma nə olub ki, Ağadadaşın mahnısını oxuyum? Bu işin axırına çıxmalıyam ki, mahnını mən düz oxumuşam".  Pepperoni pizza

Qeyd edək ki, A.Ağayev "Necə deyim" mahnısını oxuyan E.Qarayevin ünvanına "Mahnılarımı ifa edirlər, amma elə yanaşmalar var ki... Bəziləri mahnılarımı oxuyur, adlarını çəkməyim. Elə oxuyurlar ki, onların yerinə utanıram. Elşad Qarayev mahnımı oxuyub. Mahnını necə dəyişibsə... Şur üstündədir, segaha keçirsən və qayıdırsan şura. O isə başqa nəyəsə keçib. Elə bil gəzməyə gedib, evə qayıda bilməyib. Elşada ərkim çatır deyə, deyirəm. Özünə də demişəm ki, düz oxu" sözlərini söyləyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!