Elza Seyidcahanın anasını aldadıb evini əlindən aldılar

saytların hazırlanması

Evə çatdırılma

Elza Seyidcahanın anasını aldadıb evini əlindən aldılar

Şou

21 Avqust 2021 08:59 1738


“Obyektin icarəsi ilə bağlı elan yazmışdıq. Zəng gəldi. Elza burada yox idi. Onlar evə baxmaq istəyirdilər. Açarı götürüb gəldim. Baxdılar, xoşlarına gəldi. Dedilər ki, Elza xanım gələnə qədər açarı verin, biz işimizi görək. İndi başa düşürəm ki, bunların məqsədi obyekti ələ keçirmək imiş”.

Yenisabah.az xəbər verir ki, bu sözləri “Meydan”TV-yə müğənni Elza Seyidcahanın anası Seyidcahan Əhmədova deyib.

O bildirib ki, obyektini 6 il öncə icarə kimi keçmiş yol polisi əməkdaşları olan Faiq Azayev və Fərid Azayev qardaşlarına verib. Sonradan isə obyekti onlardan ala bilməyib. Dominos pizza

Müğənni Elza Seyidcahan isə bildirib ki, konsertdən gələndə gəlib gördüm ki, onlar təmir işi aparır:

“Bizə qarşı kobud davranırdılar. Deyirdilər ki, icarə götürmüşük siz daha gəlməyin bura. Mən şokda idim. Mənim anamın evi yoxdur”.

Lakin Azayev qardaşlarının vəkili Araz Nurməmmədov isə bildirib ki, icarədar ilə onlar arasında müqavilə olmayıb: “Razılaşma olub. Elza xanım ona imkan vermiyib. Biz təmir edəndən sonra Elza xanım gəlib deyib ki, bu obyekt mənimdir. Biz də demişik ki, obyekt sizindir, heç olmasa təmir xərcləni verin ki, çıxaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!