Əməkdar artist 48 ildir görmədiyi qohumlarını axtarır  - Video
29 Apr 2021 09:43
458

Əməkdar artist 48 ildir görmədiyi qohumlarını axtarır - Video

Əməkdar artist Kübra Əliyeva illər əvvəl dünyasını dəyişən əmisinin ailəsini axtarır.

Yenisabah.az xəbər verir ki, aktrisa bunun üçün Zaur Baxşəliyevin "Bizimləsən" proqramına müraciət edib. O bildirib ki, 48 ildir görmədiyi Mirmahmud əmisinin ailəsini axtarır.

Aktrisa əmisinin İranda yaşadığını, hazırda onun dünyasını dəyişdiyini deyib:

"Əmim atamdan böyük olub. İndi əmim uşaqları Əhməd və Məmmədin övladlarını, nəvələrini axtarıram. Bizim hazırda üçüncü nəslimiz gəlir. Bibimin həkim qızı, nəvələri var". 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər