Əməkdar artistin ölkədən çıxışına qadağa qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artistin ölkədən çıxışına qadağa qoyuldu

Şou

20 İyul 2022 15:18 1004


Əməkdar artist, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyevin ölkədən çıxışına qadağa qoyulub.

Yenisabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə qərar Bakı Kommersiya Məhkəməsi tərəfindən çıxarılıb.

Məlum olub ki, teatrın dövlətə 150 min manatdan çox vergi borcu yaranıb. Dövlət Vergi Xidməti tərəfindən borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub. pizza

Dövlət Pantomima Teatrının səlahiyyətli şəxsi Elman Rəfiyev olduğu üçün onun Azərbaycan sərhədlərindən kənara çıxışı müvəqətti məhdudlaşdırılıb. Qeyd edək ki, Elman Rəfiyev 2009-cu ildən teatrın direktorudur.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!