Emin Ağalarov Bakıda Avropanın ən böyük kazinosunu açacaq

saytların hazırlanması

Evə çatdırılma

Emin Ağalarov Bakıda Avropanın ən böyük kazinosunu açacaq

Siyasət

02 Avqust 2025 18:31 1109


"Bakıda Avropanın ən böyük kazinosu tikilir".

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın Xalq artisti, iş adamı Emin Ağalarov "Sea Breeze" çimərliyində tikiləcək kazinodan danışarkən bildirib.

Onun sözlərinə görə, sahəsi 90 min kvadratmetrdən çox olacaq kazino xarici turistləri ölkəmizə cəlb edəcək, turizmi qış mövsümündə də ayaqda saxlayacaq və yüksək maaşlı iş yerləri yaradılmasına xidmət edəcək. pizza mizza

"Tavanının hündürlüyü 40 metr olan zalda 100-dən çox oyun masası və 1 500-dən çox oyun avtomatı olacaq. Kazino, həmçinin dünyanın müxtəlif ölkələrindən üç-beş min qonağı cəlb edəcək beynəlxalq poker turnirlərinə ev sahibliyi edə biləcək.

Kazino ətrafında 10 brend hotel, kazinonun özündə isə kiçik konsert zalı olacaq. Təkcə bir kazino daxili bazara ildə 150 milyon dollardan çox pul xərcləyəcək.

Bu sahədə böyük planlarımız var. Bu layihənin reallaşması üçün bütün mərhələlərdə təsdiq və icazələrin alınmasını gözləyirik", - deyə Emin Ağalarov vurğulayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!