Emin: “Atam toyumuzda iştirak etmədi“

saytların hazırlanması

Evə çatdırılma

Emin: “Atam toyumuzda iştirak etmədi“

Şou

25 İyul 2022 22:15 1322


Xalq artisti Emin Ağalarov rus jurnalist Nadejda Streltsovayanın yutub kanalında yayımlanan "Стрелец-Молодец" layihəsində qonaq olub. 

Yenisabah.az olay-a istinadla xəbər verir ki, sənətçi verilişdə xanımı Alyona Qavrilova ilə barışmasından və ailə münasibətlərindən bəhs edib:

“Biz Alyona ilə yenə birlikdəyik. Hesab edin ki, siz eksklüziv xəbər eşitdiniz. Bir çaya neçə dəfə istəsəz, girmək olar. Bu sizin özünüzdən asılıdır. Bir ildən çoxdur ki, bir yerdəyik. Mənim məqsədlərimdən biri uşaqlarımla çox vaxt keçirməkdir. Fikrimcə, onlara az vaxt ayırıram. pizza sifarişi

Bunun da müəyyən səbəbləri var. İşlərim, konsertlərim və məsafələr... Övladlarımın üçü Bakıda məktəbə gedir, biri də Alyona və mənimlədir. Ona görə çalışıram ki, hər kəsi bir araya gətirim. İşlərimə görə Bakıya tez-tez gedirəm. Son vaxtlar demək olar hər həftə oradayam. Bu yaxınlarda Bodrumda istirahət etdik. Alyona və birinci həyat yoldaşım Leyla Əliyeva da orada idi. Onlar mənsiz də ünsiyyətdə olurlar. Bu, müsbət haldır və mənim üçün vacibdir”. 

Emin atası Araz Ağalarovla xanımı Alyonanın danışmadıqlarını açıqlayıb:

“İkinci dəfə evlənəndə atam toyumuzda iştirak etmədi. Onların heç bir əlaqələri yoxdur. Yalnız salam-sağolları var. Mən də atamdan bu barədə soruşmamışam. Ailə içində atamın öz qanunları mövcuddur. Bizdə hərə öz qərarını qəbul edir. Bəzi məsələlərdə kimsə narazılıq edəndə fikirləşirik ki, həmin adamın öz problemidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!