Əmrə Bəlözoğlu vida məktubu ilə karyerasını bitirdi
15 Avq 2020 14:57
540

Əmrə Bəlözoğlu vida məktubu ilə karyerasını bitirdi

Türkiyə millisinin və "Fənərbaxça"nın futbolçusu Əmrə Bəlözoğlu karyerasını başa vurub.

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə 40 yaşlı yarımmüdafiəçi məlumat verib.

"Qalatasaray"ın yetirməsi vida məktubu yazaraq yaşıl meydanla vidalaşıb: "Çətin qərar olsa da, həyatın həqiqətlərini başa düşürəm. Hər bir vida yeni başlanğıca vəsilədir. Futbola töhfə verməkdə davam edəcəyəm".

Bəlözoğlu bundan sonra "Fənərbaxça"nın idman direktoru vəzifəsində çalışacaq.

Qeyd edək ki, karyerasına "Qalatasaray"da başlayan Əmrə Bəlözoğlu "İnter", "Nyukasl", "Fənərbaxça", "Atletiko" və "Başakşəhər"in formasını geyinib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər