YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Ən çox pul qazananların adları açıqlandı

Ən çox pul qazananların adları açıqlandı

İdman

19 Yanvar 2019 17:35 771


UEFA 2017-ci ildə ən çox gəlir əldə edən klubların siyahısını açıqlayıb. Avropanın ən yaxşı 710 futbol klubu 20,11 milyard avro gəlir əldə edib.

Bu barədə məlumatlar UEFA-nın hesabatında yer alıb. Bildirilir ki, 2018-ci ildə klubların ümumi gəliri 1,6 milyard avrodan çox artıb. Avropanın ən yaxşı 30 klubun gəlirləri isə 7 faiz artaraq 9,7 milyard avroya çatıb.

İngiltərənin "Mançester Yunayted" klubunun gəliri 2016-cı ilə nisbətən 13 milyon avro aşağı düşüb. Buna baxmayaraq, İngiltərə təmsilçisi 676 milyon avro gəlirlə ilk pillədə qərarlaşıb. Mançester təmsilçisindən 1 milyon avro az gəlir əldə edən İspaniyanın "Real Madrid" klubu isə ikinci sırada yer alıb.

Növbəti sıralarda qərarlanan "Barselona" (İspaniya), "Bavariya" (Almaniya), "Mançester Siti" (İngiltərə), PSJ (Fransa), "Arsenal", "Liverpul", "Çelsi" (hamısı İngiltərə) və "Yuventus" (İtaliya) futbol klublarının gəlirləri isə 400 milyon avrodan çox olub.

Toplam gəlirlərin dörddəbir hissəsi İngiltərə Premyer Liqası klublarının payına düşür. Onlar 5,3 milyard avro qazanıblar. İspaniya La Liqasının klubları 2,9 milyard avro, Almaniya Bundesliqasının komandaları 2,8 milyard avro, İtaliya A Seriyasının təmsilçiləri 2,2 milyard avro, Fransa çempionatının klubları isə 1,6 milyard avro gəlir əldə ediblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!