“Ermənistan və İran arasında ticarətinin bundan sonra necə aparılacağı böyük sual altındadır”.
Yenisabah.az “Aysor”a istinadla xəbr verir ki, bunu erməni iranşünas Gohar İskəndəryan bildirib.
"Əslində iki seçimimiz var: biri Gürcüstan, digəri İrandır. Cənubdakı ən etibarlı sərhədimiz bu gün ən təhlükəli hala gəlib. Bu, Ermənistan hakimiyyətinin həll etməli olduğu çox ciddi bir problemdir. İranın bu məsələni həll edəcəyini gözləməməliyik, çünki Gorus-Qafan yolu Ermənistan Respublikasının ərazisidir.
Digər tərəfdən, azərbaycanlılar İranın yük daşıyıcılarından gömrük rüsumu alırsa, Ermənistanda kifayət qədər əlverişli olan İran mallarının əhəmiyyətli dərəcədə bahalaşması təbii haldır. Hökumət bunu anlamalı və müvafiq tədbirlər görməlidir", – deyə Gohar İskəndəryan vurğulayıb.
Telegram kanalımız