Ən həssas BÜRCLƏR: Onları necə tanımaq olar?

Ən həssas BÜRCLƏR: Onları necə tanımaq olar?

Digər Veb saytların hazırlanması

21 Noyabr 2023 17:14 579


Astrologiyaya görə, bəzi bürclər emosional baxımdan daha həssas olur. Onlarla ünsiyyətdə çətinliklərin əsas səbəbi kin ola bilər.

Yenisabah.az ünsiyyət zamanı diqqət etməli olduğunuz ən həssas bürcləri təqdim edir:

Xərçəng

Asanlıqla deyə bilərik ki, onlar bürclər arasında ən həssas olanlardır. Həmişə ətrafındakıları qorumağa çalışan valideyn yanaşmaları var. Xərçənglər çiyinlərinə başınızı qoyub lazım olanda rahatlıqla ağlaya biləcəyiniz insanlardır. Bu qədər mehriban olmaqlarına baxmayaraq, onların həssas xarakteri var. Tənqidlərə məruz qalanda dərhal etiraz edir və müdafiəyə qalxırlar. Su qrupundan olan Balıqlar kimi, incikliklərini həmin dəqiqə ifadə etməsələr də, bunu qarşılarındakına mütləq hiss etdirirlər. Onlar ən çox yaxın ətraflarından gələn zərbələrə tab gətirə bilmirlər. Arxadan vurulma hissi Xərçəngləri hədsiz incidir.  

Xərçənglər diqqət tələb edən insanlar üçün ideal partnyor namizədidir. Həmçinin, bu bürcə aid olanlar romantik olurlar.

Sevgiyə, ailəyə hədsiz dəyər verirlər. Partnyorunun laqeydliyi, soyuqluğu və ya kobud davranışı onları emosional olaraq çökdürür. Xərçənglərin qəlbi qırıldıqda nəinki rəftarları ilə, hətta sərt sözlərlə gözləniləndən qarşı tərəfi “vura” bilərlər.

Şir

Şirlər özlərinə inamla istənilən işin öhdəsindən asanlıqla gələ biləcəklərini düşünürlər. Özlərini təqdir etməklə yanaşı, başqaları tərəfindən də daim təqdir olunmaq istəyirlər. Bu bürc davamlı olaraq tənqidlərə dözə bilmir. Bu, onların inciməsi, hətta sizdən uzaqlaşması üçün ciddi səbəbdir.

Şirlər əyləncəli, pozitiv və sosialdırlar. Sevdiklərinə ən yaxşısını verməyə çalışırlar. Onlar həm də sevgidə çox səxavətli insandır. İstədikləri yeganə şey sevgi, məhəbbət və çoxlu təriflərdir. Xoşbəxt münasibət üçün özlərini sevgilərinə həsr edirlər. Ancaq sevdiklərindən istehzalı yaxud alçaldıcı sözlər eşitmək onlar üçün sarsıdıcı ola bilir.

Bu bürcün partnyorları, mümkünsə, mənfi şərhlərini özlərində saxlamalıdırlar. Əks halda, özlərinə güvənən Şirlərin “pəncəsi” ilə üzləşməli olacaqlar.

Balıq

Balıqların emosional xarakteri pis şərhlərə dözə bilməz. Onlar buna Qoç və ya Şir bürcü kimi əsəbiləşmir, amma dərhal inciyirlər. Başı yastığa dəyən kimi yuxuya gedənlər arasında balıqlar yer almır. Bəzən kiçik bir məsələdən belə narahat olduqları üçün yuxuları ərşə çəkilir.

Sevgidə rədd edilməyi qəbul edə bilmədiklərinə görə ilk addımı atmağa heç cür cəsarət etmirlər. Onların utancaq yanaşmaları bəzən qarşı tərəfi gözləməkdən bezdirə bilər.

Cəmiyyət içərisində mədəniyyətsiz davranan insanlara heç vaxt eyni kobudluqla cavab vermirlər və hədsiz nəzakətli olurlar. Lakin xoş niyyətlərinin sui-istifadə edilməsi onları narahat edir. Çox incidikləri hallarda özlərinə qapılaraq ağlamağı seçirlər.

Əsmətxanmım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!