“Dövlət qurumlarının pərakəndə şəkildə fəaliyyət göstərən tətbiqlərinin “mygov” platformasında birləşdirilməsi, ilk növbədə, “vətəndaş mərkəzli” rəqəmsal dövlət modelinə keçidlə bağlıdır”.
Bunu “Yeni Sabah”a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib.
Onun sözlərinə görə, əsas məqsəd vətəndaşın hər bir dövlət xidməti üçün ayrı tətbiq yükləməsi məcburiyyətini aradan qaldırmaq, resurslara qənaət etmək və vahid giriş nöqtəsi (Single Sign-On) vasitəsilə bütün xidmətləri əlçatan etməkdir: Dominos pizza
“Digər tətbiqlərin hamısının dərhal ləğv edilməli deyil. Onlar mərhələli şəkildə “mygov” ekosisteminə inteqrasiya olunması və funksionallığının bu platforma üzərinə köçürülməsi nəzərdə tutulur. Vətəndaşların keçid dövründə qarşılaşa biləcəyi əsas çətinlik köhnə vərdişlərin dəyişməsi və yeni interfeysə uyğunlaşma ilə bağlı ola bilər”.
E.Abbasov əlavə edib: “Lakin “mygov” əvvəlki tətbiqlərlə müqayisədə daha müasir dizayna, sürətli emal gücünə və fərdiləşdirilmiş xidmətlərə sahib olduğu üçün bu çətinlik qısamüddətli xarakter daşıyacaq. Yeni platformada “proaktiv xidmətlər" (məsələn, sənədin vaxtı bitməmiş vətəndaşa xəbərdarlıq göndərilməsi) və mürəkkəb xidmətlərin sadələşdirilməsi onu daha rahat və funksional edir”.
Ekspert vurğulayıb ki, bütün xidmətlərin bir tətbiqdə toplanması təhlükəsizlik baxımından suallar yaratsa da, müasir kiber-müdafiə standartları bu riskləri minimallaşdırır:
“mygov" platforması çoxsəviyyəli autentifikasiya, biometrik tanıma (Face ID) və məlumatların şifrələnməsi kimi ən son texnologiyalarla qorunur. Təhlükəsizlik nöqteyi-nəzərindən onlarla fərqli və bəzən zəif müdafiə olunan tətbiqdənsə, dövlətin bütün kiber-müdafiə resurslarını vahid, yüksək dərəcədə qorunan bir platformada cəmləməsi strateji baxımdan daha etibarlıdır”.
Xatırlatma: “e-su”, “e-TƏBİB”" kimi tətbiqlər tam fəaliyyətini dayandırıb və xidmətlər artıq “mygov” platformasından təqdim olunur.
Aytəkin Əzizqızı
Telegram kanalımız