“Ərdoğan bu halda seçkini böyük fərqlə qazanacaq”  -“The Politico” nəşri

saytların hazırlanması

Evə çatdırılma

“Ərdoğan bu halda seçkini böyük fərqlə qazanacaq”  -“The Politico” nəşri

Dünya

19 May 2023 17:06 1053


Daha öncə mayın 14-də Türkiydə keçirilən prezident seçkilərini “2023-cü ilin ən mühüm seçkisi” kimi qiymətləndirən “The Politico” nəşri bu dəfə “Qərb Ərdoğanla yaşamağı öyrənməlidir” başlıqlı məqalə ilə oxucularının qarşısına çıxıb. 

“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın nüfuzlu nəşrlərindən hesab olunan “The Politico” Türkiyədə ikinci turla davam edəcək prezident seçkilərində kimin qalib gələcəyini açıqlayıb.

ABŞ nəşri ilk turda 49,5 faiz səs toplayan Rəcəb Tayyib Ərdoğanla bağlı “külək arxasındadır” ifadəsini işlədib. Dördpendirli pizza

“Politico”-nun proqnozuna görə, Sinan Oğanın səslərinin çox cüzi bir hissəsi Ərdoğana yönələrsə, Türkiyənin hazırkı lideri seçkini böyük fərqlə qazana bilər.

“Politico” yazır ki, ilk turdakı nəticələr müxalifətin gözlədiyindən xeyli aşağı olub.

“Anketlərdə Ərdoğanın Kılıçdaroğlundan geri qaldığı iddia edilsə də, 14 may seçkiləri Ərdoğanın gücünün düzgün qiymətləndirmədiyini ortaya çıxardı”- deyə, “Politico” yazıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!