Ərdoğan rus qoşunlarının Xersondan çıxmasına münasibət bildirdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan rus qoşunlarının Xersondan çıxmasına münasibət bildirdi

Dünya

10 Noyabr 2022 13:34 772


 “Rus qoşunlarının Xersondan çıxarılması qərarı düzgündür”.

Yenisabah.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə söhbətində bildirib.

“Rusiyanın Xersonla bağlı qərarı müsbət və mühüm qərardır. Rusiyanın G20 sammitində iştirak edib-etməyəcəyini bilmirəm. Əgər olarsa, orada görüşmə imkanımız olacaq. Əks halda, Rusiya ilə telefon diplomatiyası aparmağa davam edəcəyik. Ümid edirik ki, vasitəçilikdə uğur qazanacağıq”, – deyə Türkiyə prezidenti vurğulayıb. Dördpendirli pizza

Ərdoğan qeyd edib ki, o, Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə etibarlı münasibət qurub və bunsuz Rusiyanın “mal sövdələşməsi”ndə iştirakını bərpa etmək mümkün olmayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!