Ərəb milyonçu Hitlerin əşyalarını aldı, İsrailə verdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ərəb milyonçu Hitlerin əşyalarını aldı, İsrailə verdi - Foto

Dünya

25 Noyabr 2019 10:59 1399


İsraildə yaşayan livanlı biznesmen Abdalla Şatila Adolf Hitlerin şəxsi əşyalarını alıb.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, ərəb milyonçu bu əşyaları İsraildə fəaliyyət göstərən “Keren ha-Yesod” təşkilatına hədiyyə edib.

Onun Almaniyada keçirilən hərracda bu əşyaları almasına səbəb onları neofaşistlərin əlinə düşməsinin qarşısını almasıdır. Ümumilikdə 10 lota biznesmen 545 min avro xərcləyib. Əşyaların içində portsiqarı, çap makinası, Hitlerin papağı, eləcə də “Mein Kampf” əsərinin gümüşü nəşri vardır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!