Erik Kantona keçmiş klubunu sərt tənqid etdi

saytların hazırlanması

Evə çatdırılma

Erik Kantona keçmiş klubunu sərt tənqid etdi

İdman

16 Oktyabr 2024 17:30 1125


“Mançester Yunayted” klubunun əfsanəvi hücumçusu Erik Kantona keçmiş klubunu sərt tənqid atəşinə tutub.

Yenisabah.az xəbər verir ki, o, klubun Ser Aleks Ferqusonla bağlı qərarını “hörmətsizlik” adlandırıb. 

“Çirkin kral” klubun bu addımının qalmaqallı olduğunu bildirib. Kantona Ferqusonun “qırmızı şeytanlar” üçün əvəzsiz işlər gördüyünü qeyd edərək, onun komanda üçün hər şey etdiyini diqqətə çatdırıb. pizza mizza

Ötən gün “Mançester Yunayted” rəhbərliyi keçmiş baş məşqçiləri Ser Aleks Ferqusonu “klubun fəxri elçisi” vəzifəsindən kənarlaşdırıb. Onlar bu addımı qənaət planı ilə əlaqələndirirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!