“Ərim mənə dəfələrlə xəyanət edib“   - Aynur Dadaşova

saytların hazırlanması

Evə çatdırılma

“Ərim mənə dəfələrlə xəyanət edib“ - Aynur Dadaşova

Şou

13 Aprel 2022 16:45 630


Müğənni Aynur Dadaşova keçmiş ərinin xəyanətindən danışıb.

Yenisabah.az xəbər verir ki, jurnalist Vüqar Kamiloğlunun layihəsində  qonaq olan ifaçı dəfələrlə xəyanətə məruz qaldığı etiraf edib:

"Mən elə bilirdim həyat yoldaşım başqa ölkədədir. Bir dəfə işıqforda dayananda gördüm yanında gözəl bir xanım var. Avtomobilini də dəyişmişdi ki, tanımasınlar. O qadın ona "Aynur Dadaşovaya bax" dedi. O da inanmadı, çevrilib mənə baxdı. Heç nə demədim, əksinə, yolumu dəyişib getdim. Belə səhvləri çox olurdu. Amma lap axırıncı xəyanətində artıq onu bağışlamadım. Öyrəndim ki, bir neçə ildir bir xanımla yaşayır. Dedim onunla xoşbəxtdirsə, onunla olsun, qaratikan kimi aralarında olmayım”.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!