Erməni batalyonu Suriyada Türkiyəyə qarşı döyüşə yollandı

saytların hazırlanması

Evə çatdırılma

Erməni batalyonu Suriyada Türkiyəyə qarşı döyüşə yollandı

Dünya

14 Oktyabr 2019 21:17 1600


Nubar Ozanyan adına Suriya-Erməni Könüllüləri Batalyonu, Türkiyə Ordusuna qarşı mübarizədə kürdlərə qoşulmaq üçün Tel Temirdən Ras əl-Ayn şəhərinə yollanıb.

"Yeni Sabah" "Virtualaz.org"a istinadən xəbər verir ki, bu barədə EADaily xəbər yayıb.

Bununla əlaqədar batalyon müvafiq bəyanatla çıxış edib.

Erməni yaraqlıları Türkiyənin Suriyadakı torpaqları ələ keçirmək istədiyini iddia edir və ərəbləri, kürdləri və erməniləri Türkiyə Ordusuna qarşı çıxmaq üçün birləşməyə çağırırlar.

Qeyd edək ki, bərbi bölmənin adını daşıdığı Nubar Ozanyan fəal kommunist olub və bir sıra silahlı qarşıdurmalarda iştirak edib. 2017-ci ilin avqustunda öldürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!