Erməni deputat dilə gəldi: “Qarabağ Azərbaycan torpağıdır”

saytların hazırlanması

Evə çatdırılma

Erməni deputat dilə gəldi: “Qarabağ Azərbaycan torpağıdır”

Siyasət

21 Noyabr 2024 20:55 779


Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyasından olan deputat Artur Ovanyan, Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olduğunu bildirib və erməniləri "gerçək" Ermənistana diqqət yetirməyə çağırıb.

Yenisabah.az Musavat.com-a istinadən xəbər verir ki, o, son 30 ildə ermənilərin başqa bir ölkənin torpağı olan Qarabağı sevməyə məcbur edildiyini vurğulayıb və "Beynəlxalq səviyyədə tanınan başqa bir ölkənin torpağından nə istəyirsiniz?" sualını verib.

Ovanyan ermənilərin artıq Qarabağı deyil, Ermənistanın özünü inkişaf etdirməyə yönəlmələrini təklif edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!