Erməni diasporu Paşinyanın istefasını tələb edir

saytların hazırlanması

Evə çatdırılma

Erməni diasporu Paşinyanın istefasını tələb edir

Siyasət

25 Noyabr 2020 14:25 925


Erməni diasporu baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

Yenisabah.az xəbər verir ki, bununla bağlı onlar geniş müraciət hazırlayıblar.

Müraciətdə Paşinyanın kapitulyasiya aktına imza atmasını, Ermənistanın dövlət maraqlarına ağır zərbə vurmasını, cəmiyyətdə qütbləşməyə və müxalifətə qarşı zorakılıq tətbiq etməsini qətiyyətlə pisləyiblər.

Diaspor yeganə çıxış yolunun Paşinyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsi olduğunu düşünür.

İstefa tələbini diasporun 20-dən çox təşkilatı  - o cümlədən, İran, ABŞ, Livan, Suriya, Avstriya, Yunanıstan icmaları tələb edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!