Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Erməni diversantları minalanmış ərazilərin xəritəsi ilə dəyişə bilərik” - AÇIQLAMA
01 İyn 2021 22:57
826

“Erməni diversantları minalanmış ərazilərin xəritəsi ilə dəyişə bilərik” - AÇIQLAMA

"Azərbaycan müharibə zamanı ələ keçirilən əsirləri Ermənistana təhvil verdi. Onlar müharibə zamanı ələ keçirildikləri, tutulduqları üçün hərbi əsir sayılır. Təxribatdan sonra ələ keçirilənləri buraxmaq kimi öhdəliyimiz yoxdur".

Yenisabah.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu Azərbaycanda olan erməni hərbçiləri haqqında danışarkən deyib.

O, bildirib ki, bu şəxslər terrorçudurlar və cinayət törədiblər:

"Bu əsgərlər müharibə zamanı deyil, müharibədən sonra tərəfimizdən ələ keçirilib. Onlar özləri də təxribat törətmək üçün ərazidə olduqlarını etiraf ediblər. Bu şəxslər terrorçulardır. Saxlanılan təxribatçılar mühakimə olunmalıdırlar. Yalnız bundan sonra, iki ölkənin razılaşması əldə olunarsa, onları buraxa bilərik. Ermənistan tərəfi hələ də bizə minalanmış ərazilərin xəritəsini verməyib. Azərbaycan saxlanılan erməniləri minalanmış ərazilərin xəritəsi ilə dəyişə bilər. Biz onları saxlamaqla qanuni iş görmüşük və mühakimə etməliyik. Biz hərbi əsirlərdən yox, terrorçuların, diversantların saxlanılmasından danışırıq. Azərbaycan öz üzərinə düşən vəzifələri yerinə yetirib. Biz bu barədə beynəlxalq təşkilatlara da bildirmişik ki, onları minalanmış ərazilərin xəritəsi ilə dəyişə bilərik. Azərbaycan beynəlxalq qanunlara sadiq ölkədir və həmin şəxslərlə bağlı qanun çərçivəsində hərəkət edəcək". 

Hüquq müdafiəçisi saxlanılan şəxslərin vəziyyətindən də danışıb:

"Bizdə onlara pis davranmırlar. Mütəmadi olaraq onların vəziyyəti, proseslərin gedişi ilə maraqlanırıq. Ombudsman aparatı da onlarla əlaqə saxlayır, gedib görüşürlər. Saxlanılan erməni hərbçilərinin haqlarının pozulmasından söhbət gedə bilməz. Onlar hətta öz ailələri ilə də telefon əlaqəsi saxlayıblar. Azərbaycan hər zaman təmkinli və beynəlxalq hüquqlara sadiq ölkə olub, indi də belədir"./Demokrat.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər