“Erməni əsilli suriyalı döyüşçülər Ermənistana aparılıb” – Suriyadan açıqlama
01 Okt 2020 14:28
1023

“Erməni əsilli suriyalı döyüşçülər Ermənistana aparılıb” – Suriyadan açıqlama

Erməni əsilli suriyalı döyüşçülər Suriyadan Ermənistana aparılıb.

Vu barədə Suriya İnsan Haqları Monitorinq mərkəzi (Syrian Observatory Human Rights - SOHR) bildirib. "Etibarlı mənbələr SOHR-ə bildiriblər ki, erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşlərdə istifadə üçün Ermənistan tərəfindən Ermənistana aparılıb", - deyə təşkilatın məlumatında qeyd edilir.

Mərkəz bəzi media mənbələrində 4000 suriyalı döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib.

"Çox etibarlı SOHR mənbələri Suriyadan 4000-ə yaxın döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı KİV-də yayılan xəbərlərin tamamilə yalan olduğunu təsdiqləyir", -  deyə Suriya İnsan Haqları Monitorinq mərkəzi təşkilatı vurğulayıb. /APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər