26 May - 11:36
Erməni hərbçisi itkin düşüb - Nazirlik faktı təsdiqlədi

Erməni hərbçisi itkin düşüb - Nazirlik faktı təsdiqlədi

Bölgə

27 Yan 2022 15:38


Ermənistan Müdafiə Nazirliyi bir hərbçisinin itkin düşməsi ilə bağlı məlumatı təsdiqləyib.

Yenisabah.az "Aysor"a istinadla xəbər verior ki, bu, “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyanın sorğusuna cavab olaraq məlum olub.

Həmin hərbçi ötən il noyabrın 12-də Naxçıvanla sərhəddə itkin düşüb. "Müqaviləli hərbçi Vaqe Manukyanın yoxa çıxmasının təfərrüatı məlum deyil. Müdafiə Nazirliyi bu barədə heç nə demir. Mən bunu Vayots Dzorda olarkən, üstəlik, təsadüfi söhbət zamanı bildim", - deyə deputat qeyd edib.

"Mən Müdafiə Nazirliyinə sorğu göndərirəm, ikinci cəhddə Müdafiə Nazirliyi təsdiqləyir. Mən İstintaq Komitəsinə də məktub göndərdim, oradan bildirdilər ki, Ermənistan Cinayət Məcəlləsinin 361-ci maddəsinin 1-ci hissəsi - fərarilik - hərbi hissəni və ya hərbi xidmət yerini özbaşına tərk etmə maddəsi ilə cinayət işi başlanıb. hərbi xidmətdən yayınmaq, eləcə də eyni məqsədlərlə xidmətə gəlməmək”, – deyə Tiqran Abramyan öz "Facebook" səhifəsində yazıb.


Youtube kanalımız


Digər xəbərlər