Erməni keşiş Paşinyana meydan oxudu - VİDEO 

saytların hazırlanması

Evə çatdırılma

Erməni keşiş Paşinyana meydan oxudu - VİDEO 

Dünya

10 May 2024 12:08 695


Hazırda Ermənistanın paytaxtı İrəvanın müxtəlif yerlərində  etiraz aksiyaları keçirlir. 

Yenisabah.az xəbər verir ki, Respublika meydanından yürüşə başlayan etirazçılar İrəvan Dövlət Universitetinə doğru irəliləyirlər. 

Bunu mətbuata mayın 10-da İrəvanın Respublika meydanında mitinqin rəhbəri - Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan deyib. 

O, həmçinin vurğulayıb ki, bu gün saat 18:30-da yenidən Respublika meydanına toplaşacaqlar. 

“Şəhərin müxtəlif yerlərini gəzəcəyik, gənclərlə, tələbələrlə görüşüb müzakirələr aparacağıq, məsləhətləşəcəyik. Hakimiyyət məni nə məhkəmə ilə, nə həbslə, nə də ölümlə qorxuda bilər”, - deyə Tavuş yeparxiyasının keşişi vurğulayıb. 

Son məlumatlara görə, Baqrat Qalstanyanın çağırışı ilə etirazçılar İrəvan və regionlarda bir sıra yolları bağlayıb. 

Ermənistan-İran dövlətlərarası avtomobil yolunun Yeqnadzor hissəsinin,  Ararat rayonundan İrəvana girişin də bağlandığı bildirilir. 

İrəvanda bir qrup vətəndaş Teryan-Moskovyan kəsişməsini, eləcə də Maştots prospektini bağlayıb. 

Xatırladaq ki, Baqrat Qalstanyan mayın 10-u səhər saatlarında bütün mümkün yerlərdə itaətsizlik aksiyalarına başlamağa çağırıb. O, baş nazir Nikol Paşinyandan istefa tələb edir, Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı çıxır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!