Erməni keşiş Paşinyanın qatıldığı anım mərasimində iştirakdan imtina edib

saytların hazırlanması

Evə çatdırılma

Erməni keşiş Paşinyanın qatıldığı anım mərasimində iştirakdan imtina edib

Dünya

08 Dekabr 2020 07:54 790


1988-ci il dekabrın 7-də baş vermiş Spitak zəlzələsinin 32-ci ildönümü münasibətilə Nikol Paşinyan fəlakət qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak etmək üçün Gümrü, Spitak, Vanadzor şəhərlərinə, Şirakamut kəndinə səfər edib.

RİA Novosti yazır ki, Erməni Apostol Kilsəsinin Şirak piskoposluğunun baş yepiskopu, arxiyepiskop Mikael Adjapaxyan baş nazirin qatıldığı anım mərasimində iştirakdan imtina edib.

Keşiş bildirib ki, Paşinyanın səfəri onun üçün arzuolunmazdır, xoşagəlməzdir: “Ona görə də Paşinyanın qatıldığı mərasimdə xidmətdən imtina etdim. Bu, hər hansı bir din xadiminin haqqıdır. Ruhani kimsənin xahişi ilə heç bir yerdə xidmət etmək məcburiyyətində deyil”. /APA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!