Ermənistanın XİN rəhbəri ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səfirlərini qəbul edib.
Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, Ara Ayvazyan Sergey Kopırkin (Rusiya), Conatan Lakota (Fransa) və Lin Treysi (ABŞ) arasında söhbət zamanı tərəflər Qarabağ münaqişəsinin geniş kontekstinə və regional təhlükəsizlik və sülh məsələlərinə toxunublar.
Toplantı iştirakçıları Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti də müzakirə ediblər. Həmsöhbətlər mövcud vəziyyətdə atılan addımlar barədə fikir mübadiləsi aparıblar.
Telegram kanalımız