Erməni nazir: İran və Hindistanla ortaq dəhliz müzakirə olunur

saytların hazırlanması

Evə çatdırılma

Erməni nazir: İran və Hindistanla ortaq dəhliz müzakirə olunur

Dünya

14 Mart 2024 13:42 633


Hindistan-İran-Ermənistan ticarət dəhlizinin açılması məsələsi ciddi müzakirə olunur.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan iqtisadiyyat nazirinin müavini Narek Teryan martın 14-də Yerevanda keçirilən “Hindistan-Ermənistan: biznes üfüqlərinin birləşdirilməsi” biznes forumu zamanı deyib.

“Həmkarlarımızla üçtərəfli formatda müzakirələr aparılır. Bu marşrutdan keçən pilot yüklər də var. Amma istiqamətin sabit olması üçün hələ çox işlər görülməlidir”, - o qeyd edib.

Teryanın sözlərinə görə, Hindistan Ermənistana regionda strateji tərəfdaş kimi baxır və bu, bir çox sahələrdə, o cümlədən mülki və digər sahələrdə özünü göstərir.

“Tarixən Ermənistan və Hindistan bir-birinə yaxındır, bir-birinə bağlıdır. Görürük ki, Hindistandan Ermənistana insanlar gəlib və gəlirlər. Bundan əlavə, son iki il ərzində Hindistandan ölkəmizə xeyli işçi qüvvəsi gəlir və bir çox sahələrdə kifayət qədər uğurla işləyir”, - deyə rəsmi vurğulayıb.

Teryan bildirib ki, hazırda Çabahar limanında (İran) Ermənistan və ya erməni şirkətlərinin iştirakı üçün müxtəlif formatlar müzakirə olunur, lakin o, detalları açıqlamayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!