Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan və Türkiyənin nəqliyyat naziri Əbdülqadir Uraloğlu ilə nəqliyyat əlaqələrinin bərpası məsələsini müzakirə edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Uraloğlu "X"-də məlumat yayıb.
"Nazir David Xudatyanla görüşdə ölkələrimiz arasında əvvəllər fəal şəkildə istifadə edilən dəmir yolu və avtomobil yollarının bərpası səylərini müzakirə etdik. Dominos pizza
Ərazimizdə lazımi təmir və hazırlıq işlərinə başladıqdan sonra, Ermənistan tərəfinin hazırlıq və tender prosedurlarının vəziyyətini də qiymətləndirdik.
Bundan əlavə, Qars və Ani arasında İpək Yolunda yerləşən tarixi Ani Körpüsünün bərpa prosesini nəzərdən keçirdik və ortaq tarixi irsimizin vacib abidələrindən birini canlandırmaq üçün addımları müzakirə etdik".
Telegram kanalımız