Erməni qoşunlarının Qarabağdan çıxarılması prosesi başladı

saytların hazırlanması

Evə çatdırılma

Erməni qoşunlarının Qarabağdan çıxarılması prosesi başladı

Hadisə

10 Noyabr 2020 07:49 3997


Bakı vaxtı ilə saat 07:00-dan etibarən Rusiya Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə paralel olaraq Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı kontingent yerləşdirməyə başlayır.

“Yeni Sabah” "TASS"a istinadla verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

"Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatına uyğun olaraq, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 06:00-dan etibarən Rusiya Federasiyası Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə paralel olaraq Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı kontingent yerləşdirməyə başlayır" - məlumatda bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!