Oktyabrın 6-da Ermənistanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Artaşes Tumanyan İran İslam Respublikası xarici işlər nazirinin müavini Mehdi Səfəri ilə görüşüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Tumanyan yaxın gələcəkdə iki ölkə hökumətlərinin Ermənistanla İran arasında iqtisadi əlaqələri daha da inkişaf etdirmək üçün bütün lazımi addımları atacağına ümid etdiyini bildirib.
İran xarici işlər nazirinin müavini Səfəri iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayaraq, mövcud iqtisadi proqramların həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.
Həmsöhbətlər Aİİ çərçivəsində əməkdaşlığın səmərəliliyinin artırılması, eləcə də Şimal-Cənub Nəqliyyat Dəhlizinin gücləndirilməsi işlərinin təşkili məsələlərinə də toxunublar.
Telegram kanalımız