Hikmət Mirzəyevlə bağlı təyinat erməniləri qorxuya saldı - İrəvan şokda

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Mirzəyevlə bağlı təyinat erməniləri qorxuya saldı - İrəvan şokda

Dünya

16 Yanvar 2024 10:14 762


“General-leytenant Hikmət Mirzəyevin Azərbaycan müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı təyin olunması Ermənistan hakimiyyətində qorxuya səbəb olub”. 

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri Baş nazir Nikol Paşinyana yaxınlığı ilə tanınan erməni şərhçi Vahram Atanesyan bildirib.

O qeyd edib ki, rəsmi İrəvan Azərbaycandakı bu təyinatı təhlükəli sayır: 

“Həmin təyinatdan sonra Ermənistanda Azərbaycanın “profilaktik zərbələrin endirilməsi” taktikasını aktuallaşdıracağına dair narahatlıqlar yaranıb”. 

Qeyd edək ki, Hikmət Mirzəyevlə bağlı Prezident sərəncamı ilk gündən İrəvanın siyasi və analitik dairələrində müzakirələrə səbəb olub. Ermənilər təcrübəli generalın Quru Qoşunlarının komandanı təyin olunmasının növbəti müharibə anonsu kimi qiymətləndirirlər. Aradan bir neçə gün keçməsinə baxmayaraq, İrəvan hələ də bu təyinatın şokundan çıxmayıb.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!