Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Erməni siyasətçilərinin “qarın ağrısının” səbəbi - Şərh
25 Okt 2021 20:06
845

Erməni siyasətçilərinin “qarın ağrısının” səbəbi - Şərh

“Azərbaycanın mövqeyi beynəlxalq hüquq prinsiplərinə əsaslanır. Münaqişə Azərbaycan tərəfindən başa çatdırılıb. Azərbaycan və Ermənistan arasında sərhədlərin haradan keçdiyi də hər kəsə bəllidir. Əgər kimsə nəsə oyun oynamaq fikrinə düşsə belə, buna imkan olmayacaq. İndi bölgədə tamamilə başqa formadar proseslər qurulub. Rusiyanın da marağındadır ki, Zəngəzur dəhlizini açaraq sürətlə kommunikasiyalarınişə başlaması, sərhədlərin delimitasiya prosesinin getməsi, yeni sistemlərin formalaşmasıdır. Bu baxımdan erməni mətbuatında nəsə yazıla, deyilə bilər. Ancaq reallıq tamamilə fərqli mənzərəni göstərir”.

Yenisabah.az xəbər verir ki, bunu Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin üzvü Asim Mollazadə erməni müxalifət siyasətçilərinin bəzi fikirlərini şərh edərkən deyib.

Məlumat üçün qeyd edək ki, erməni deputatı Tiqran Abramyan bildirib ki, sülhə qarşı olmasa da, sərhədlərin delimitasiyası prosesində “tələskənlik” doğru deyil.

Başqa sözlə, bəzi erməni siyasətçilərinin "qarın ağrısı” ondan ibarətdir ki, zamanında Ermənistan Azərbaycandan xahiş edərək onun ərazisində hansısa fəaliyyətlə məşğul olub, amma illər keçdikdən sonra erməni xislətinə uyğun olaraq bu ərazilərin Ermənistanın olduğunu iddia edir. SSRİ xəritələri isə bu kimi halları məntiqlə rədd edir.

Asim Mollazadə isə hesab edir ki, dövlətlər arasında SSRİ vaxtı qeyri-rəsmi razılaşma heç bir hüquqi gücə malik ola bilməz: “Reallıq, beynəlxalq hüquq normaları var. Azərbaycan tərəfinin mövqeyi də məhz bu hüquq normalarına əsaslanır. Bu mənada iddialar əsassızdır”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər